"Bütün oxlar İran rejimini göstərir" - Politoloq

16:32 27 Yanvar 2023

"Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktının planlaşdırıldığı fikri yayılan görüntülər və İran rejiminin rəsmi açıqlamaları fonunda da ön plana çıxır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib. 

O vurğulayıb ki, bunu aşağıdakı  faktlar sübut edir:

"- İran polisi “kalaşnikovlu” terrorçuya müdaxilə etmir: polis ümumiyyətlə özünü he nə olmamış kimi aparır;

- Tehran polisi “məişət zəmini” rəyini gücləndirmək məqsədilə terrorçunun səfirliyin önünə övladları ilə gəldiyini iddia edir: hərçənd, videogörüntülərdə abvtomobildə heç kimin olmadığı aydın görünür, eləcə də avtomobildə azyaşlı uşağın olmadığını terrorçunun davranışı da təsdiq edir: şəxs maşını sürətlə idarə edərək, səfirliyin binası önündəki avtomobilə çırpır; əgər şəxs İran polisinin iddia etdiyi kimi, həqiqətən də “ailə zəminində” hücum etsəydi və övladları ilə gəlsəydi, avtomobili sürətlə digər maşına çırpmazdı". 

Politoloq vurğuladı ki, terrorçunun adından yayılan açıqlama da ziddiyyətlərlə doludur: "Hücumda bütün oxlar İran rejimini göstərir".

Məğrur,

Sitat.info



Xəbər xətti