"Yüksək peşəkarlıqla hazırlanan terror aktıdır" - Elxan Şahinoğlu detalları şərh etdi

16:35 27 Yanvar 2023

"Terrorçu plana əsasən kənardan saatlardır səfirliyin ətrafındakı maşında müşahidə aparır, Azərbaycan səfirliyinin əməkdaşlarının binaya daxil olmasını gözləyir. Bu müddətdə səfirliyin qarşısındakı İran polisi şübhəli maşına yaxınlaşıb, nədən saatlardır eyni yerdə dayandığını ondan soruşmur. Çünki planda onun yoxlanılması olmamalıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, terrorçu özünə arxayındır, ətrafdakı polisin ona mane olmayacağını bilir: "Bu anda Azərbaycan səfirliyində çalışan əməkdaşların maşını binanın qarşısına yaxınlaşır. Terrorçu bilir ki, sürətlə maşınını səfirlik əməkdaşlarının maşının arxasına çırpsa, səsə reaksiya verən səfirlik əməkdaşları nəyin baş verdiyini öyrənmək üçün çölə çıxacaqlar, elə də olur. Terrorçu qapının açılmasından istifadə edərək İran polisinin susqunğulu fonunda, hətta polisə əl edərək “Sənlik bir iş yoxdur” deyərcəsinə “Kalaşnikov” avtomatı ilə səfirlik binasına daxil olur. Sonrası məlumdur. Bunun nəyi “məişət zəminində” baş verən basqındır, yüksək peşəkarlıqla hazırlanan terror aksiyasıdır".

Nərgiz,

Sitat.info



Xəbər xətti