İsrail döyüş təyyarələri Qəzza zolağına hava zərbəsi endirib

16:43 27 Yanvar 2023

İsrail döyüş təyyarələri gecə saatlarında Qəzza zolağının müxtəlif nöqtələrinə hava zərbələri endirib.

Sitat.info xəbər verir ki, raket zərbələri nəticəsində ölən və yaralanan olmayıb. 

Hücumların hədəfi olan bölgələrdə güclü partlayış səsi eşidilib, bəzi evlərə ziyan dəydiyi bildirilib. İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada, döyüş təyyarələrinin Qəzza zolağının mərkəzində HƏMAS-ın raket istehsal edən obyektini hədəf aldığı bildirilib.

Qeyd edək ki, ötən gün İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin şəhərinə basqın etməsi 10 fələstinlinin ölümü ilə nəticələnmişdi. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti