"Rusiya hazırda NATO ilə müharibədədir"

17:23 27 Yanvar 2023

Qərb müttəfiqlərinin tank yardımının Putinin qəzəbini artırdığını iddia edən yüksək rütbəli AB rəsmisi "Rusiya indi NATO və Qərblə müharibədədir" dedi.

Sitat.info xəbər verir ki Almaniya hökumətinin Ukraynada davam edən müharibə üçün 14 Leopard 2 tankı göndərmək qərarından sonra ABŞ bir neçə ay ərzində Ukraynaya 31 M1 Abrams tankı göndərəcəyini açıqlayıb.

Polşanın baş naziri Mateusz Morawiecki Kanada mətbuatına verdiyi müsahibədə Ukraynaya Alman Leopard 2 tankından başqa daha 60 tank verəcəklərini bildirib.

Qərb müttəfiqləri tərəfindən Ukraynaya müasir tankların tədarükü ilə bağlı razılığın əldə edilməsində Polşanın rolunu qeyd edən baş nazir Mateusz Morawiecki bildirib ki, , “Polşanın rolu digər ölkələri razı salmağa kömək etdi”. Polşanın təxminən 6 ay əvvəl Ukraynaya 250-dən çox tank verən ilk ölkə olduğunu ifadə edən Mateusz Morawiecki, 14 Leopard 2 tankına əlavə olaraq 60 daha modernləşdirilmiş tank verəcəklərini bildirib. 60 tankdan 30-nun Polşa istehsalı olan PT-91 Twardy əsas döyüş tankları olacağını bildirən Morawiecki, qalan 30 tankın modelləri haqqında məlumat verməyib.

Ukrayna rəsmiləri müharibə başlayandan bəri bildirirlər ki, ən azı 300 müasir tanka ehtiyac var.

Qərb müttəfiqlərinin açıqlamalarına görə, Ukraynaya 300 olmasa da, ən azı 100 tank göndəriləcəyi düşünülür. Hərbi analitiklərin fikrincə, bu tanklar döyüşdə ciddi fərq yarada bilər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti