Belçikada yanğınsöndürənlər iş şəraiti və pensiya hüquqlarını yaxşılaşdırmaq üçün nümayiş keçiriblər.
Sitat.info xəbər verir ki, Paytaxt Brüsselin mərkəzində ölkənin müxtəlif şəhərlərindən gələn yanğınsöndürənlər toplaşıb.
Atəşfəşanlıq və fit səsləri ilə toplaşan nümayişçilər səhər saatlarından şəhərin hərəkətini əhəmiyyətli dərəcədə pozublar.
Nümayişçilər 67 olan pensiya yaşının amortizasiya nəzərə alınaraq daha aşağı salınmasını tələb ediblər.
Sahə işləri zamanı zorakılığa daha çox məruz qaldıqlarına diqqət çəkən nümayişçilər, müdaxilələrin sayı artdıqca kadr çatışmazlığından şikayətləniblər.
Nümayişçilər Belçikanın Federal Daxili İşlər naziri Annelies Verlinden ilə görüşərək tələblərini irəli sürəcəklər.
Seymur Bənnayev
Sitat.info