Almaniya hökumətinin sözçüsü Kristian Hofman bildirib ki, Almaniya Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləyir, lakin onlar müharibə tərəfdarı deyillər.
Sitat.info xəbər verir ki, Hoffman paytaxt Berlində Almaniyanın xarici işlər naziri Annalena Baerbokun 24 yanvar Strasburqda keçirilən Avropa Şurasında işlətdiyi “Biz bir-birimizə qarşı deyil, Rusiyaya qarşı müharibə edirik” sözləri ilə bağlı açıqlama verib.
Baş nazir Olaf Şolz Rusiyanın Ukraynaya qarşı apardığı bu təcavüz müharibəsində NATO və Almaniyanın döyüşən tərəf olmadığını hər zaman vurğuladığını ifadə edərək bildirib ki, "Ukraynanı dəstəkləyirik, amma müharibə tərəfdseı deyilik".
Seymur Bənnayev
Sitat.info