Səfirliyə hücum planlı şəkildə olub - ANBAAN YENI GÖRÜNTÜLƏR

23:09 27 Yanvar 2023

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunun yeni detalları məlum olub.

Yeni görüntülərə əsasən, onu demək olar ki, terror hücumu ani olmayıb, bu, planlaşdırılmış şəkildə həyata keçirilib. Həmçinin oxuyun: Стало известно где будет похоронен старший лейтенант Məlum olub ki, terrorçu İran vətəndaşı Yasin Hüseynzadə səhər saatlarında səfirliyimizə bir neçə dəfə hücum edib. Onun ilk hücumunun qarşısını səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev alıb və onu qapıdan çölə çıxarıb. İkinci cəhddə isə o, maşınında “kuvalda” götürüb qapını sındırmağa çalışıb. Bu zaman terrorçunun hücumda istifadə etdiyi “Kalaşnikov” avtomatını yerə qoyduğu da görüntülərdə açıq-aşkar görünür. Maraqlıdır ki, bu proses 20 dəqiqədən çox davam edib və heç bir yerli polis əməkdaşı terrorçunun qarşısını almağa cəhd belə etməyib. Terorrçu sonuncu dəfə səfirliyin binasına daxil olub Orxan Əsgərovu qətlə yerində, onun qarşısını yenə də Azərbaycan səfirliyinin əməkdaşı Vasif Tağıyev alıb və o, qəhrəmancasına mübarizə göstərərək Yasini zərərsizləşdirib. Bu məqamda iranlı polislərin harada olması isə böyük sual doğurur. Bu görüntülərdən açıq-aşkar aydın olur ki, terror hücumu əvvəlcədən planlaşdırılıb və İran rəsmilərinin də dediyi kimi, ər-arvad mübahisəsindən irəli gələn hücum deyil. /qafqazinfo



Xəbər xətti