ABŞ-ın Tayvana görə Çinlə müharibə etmə ehtimalı çox yüksəkdir. Bunu ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Mayk Makkol general Minihanın Birləşmiş Ştatların yaxın iki ildə Çinlə müharibə edə biləcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib.
Minihanın "Mənim intuisiyam deyir ki, 2025-ci ildə müharibə vəziyyətində olacağıq" sözlərini xatırladan Mayk Makkol deyib: “Ümid edirəm ki, o, səhv edir... Amma mən onun haqlı olduğunu düşünürəm”.
Minihanın fikrincə, 2024-cü ildə həm ABŞ, həm də Tayvanda prezident seçkiləri keçiriləcək və bu, potensial olaraq Çinə hərbi əməliyyatlar keçirmək üçün fürsət yarada bilər.
Qeyd edək ki, Pentaqonun sözçüsü general Minihanın şərhlərinin ABŞ Müdafiə Nazirliyinin Çinə baxışını əks etdirmədiyini bildirib.