Ukrayna prezidenti Vladimir Zelenski müharibədə Rusiya ordusu ilə daha effektiv mübarizə aparmaq üçün uzaqmənzilli raketlərə ehtiyac duyduğunu bəyan edib.
Sitat.info xəbər verir ki, Zelenski münaqişələrlə bağlı son hadisələri dəyərləndirib.
Rusiya qüvvələrinin hücum imkanlarını məhdudlaşdırmaq üçün daha çox silaha ehtiyacı olduğunu qeyd edən Zelenski, "Ukraynanın uzaqmənzilli silahlara ehtiyacı var" ifadəsini işlədib.
Digər tərəfdən, “Vaqner Qrupu”nun qurucusu Yevgeni Priqojin ABŞ-ın maliyyə naziri Canet Yellenə açıq məktub yazaraq, “Wagner Group” özəl hərbi şirkətinin ABŞ filialının açılmasına razılıq verməsini xahiş edib.
Priqojin məktubda şirkətin ABŞ Maliyyə Nazirliyi ilə əməkdaşlığı inkişaf etdirmək üçün ABŞ-da filial açmaq istədiyini bildirib və razılıq istəyib.
ABŞ Maliyyə Nazirliyi ötən cümə axşamı Wagner Qrupunu cinayət təşkilatı elan edib və Priqojin isə bunun sübuta yetirilməsini istəyib.
Nərgiz,
Sitat.info