İranla sərhədlər bağlı saxlanılsın, digər istiqamətlərdə quru yolları açılsın" - Natiq Cəfərli

13:47 30 Yanvar 2023

"Quru sərhədlərimizin bağlı qalmasının "pandemiya" ilə əlaqədar olmadığı hamıya aydındır, əsas səbəblərdən biri bölgəmizdə müəyyən proseslərin baş verməsi, gözlənilən təhlükələrlə bağlı idi. Son zamanlar İranda baş verənlər bu ehtimala görə sərhədlərin bağlı qalması fikrini gücləndirdi".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Tehranda səfirliyimizə terror hücumu və sonra səfirliyin tam tərkibdə ölkəyə təxliyyə edilməsi doğru qərardır: "Son hücum və İranda baş verən hadisələr Azərbaycan Dövlətinə tam legitim əsas verir ki, İranla quru sərhədi bağlı saxlasın, amma Gürcüstan,Türkiyə və Rusiya ilə quru yolları açsın".

Ekspert hesab edir ki, əvvəl bu addımı atılsaydı İrandan etirazlara formal bəhanə yaranardı: "İndi isə bizim tam haqqımız var ki, İranla quru sərhədləri bağlı saxlayaraq digər ölkələrlə yolları açaq – bu həm də davranışlarına, tutumuna, ölkəmizə münasibətinə görə İran rejiminə yaxşı mesaj olar..". 

Nərgiz,

Sitat.info



Xəbər xətti