Pakistanda məscidə bombalı hücum: Ölən və yaralananların sayı artıb!

15:11 30 Yanvar 2023

AFP-nin son xəbərinə görə, Pakistanın Peşəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində azı 28 nəfər ölüb, 150 nəfər isə yaralanıb.

Sitat.info xəbər verir ki, Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində məsciddə partlayış baş verib.

Polis partlayışın namaz saatına təsadüf etdiyini və binanın bir hissəsinin dağıldığını bildirib.

Partlayış nəticəsində ən azı 28 nəfərin öldüyü açıqlanıb. Vəziyyəti ağır olan yaralılar da daxil olmaqla onlarla insanın xəstəxanaya yerləşdirildiyi və yaralananlar arasında uşaqların da olduğu bildirilir.

Pakistanın keçmiş baş naziri İmran Xan sosial media hesabında paylaşım edərək hücumu pisləyib. "Pişəvər məscidində namaz zamanı polis xəttinə edilən terrorçu-intihar hücumunu qətiyyətlə pisləyirik", - Xan deyib. Həlak olanların ailələrinə dua və başsağlığı verirəm. "Terrorizm təhlükəsi ilə mübarizə aparmaq üçün kəşfiyyat resurslarımızı inkişaf etdirməyimiz və polis qüvvələrimizi lazımi şəkildə təchiz etməyimiz vacibdir",- deyə o bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti