Polşanın Baş naziri: “NATO-nun koordinatorluğu ilə Ukraynaya “F-16” verməyə hazırıq”

15:31 30 Yanvar 2023

“Polşa NATO-nun koordinatorluğu ilə Ukraynaya “F-16” qırıcı təyyarə verməyə hazırdır”.

Sitat.info UNIAN-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Morvetski bildirib.

Onun sözlərinə görə, bir neçə ay əvvəl “MiQ”lərin tədarükündə olduğu kimi istənilən hərbi hava qüvvələri də NATO ölkələri ilə koordinasiya halında bunu həyata keçirə bilər:

“Burada da biz tam koordinasiyalı hərəkət edəcəyik”.

Bildirilib ki, Ukrayna hakimiyyəti yeni hərbi yardımın birinci mərhələsi çərçivəsində beynəlxalq müttəfiqlərdən 24 qırıcı təyyarə almağı planlaşdırır. Məlumata görə, ABŞ rəsmiləri “F-16” qırıcıları Kiyevə verilməsinə çalışır. Ukrayna Silahlı Qüvvələri onlara 180-ə yaxın belə təyyarə lazım olduğunu bildirib. Almaniya qırıcı təyyarələrinin tədarükünü istisna edir. Böyük Britaniya isə Rusiya qoşunlarını çıxaracağı halda qırıcıları təhvil verə bilər.



Xəbər xətti