Rusiya Xarici İşlər Nazirliyi NATO ölkələrinin verdiyi kəşfiyyat məlumatları ilə Ukrayna ordusunun ABŞ silahından istifadə edərək Luqanska hücumu nəticəsində 14 nəfərin öldüyünü bildirib.
Sitat.info xəbər verir ki, Nazirlikdən verilən açıqlamada bildirilib ki, Ukrayna Silahlı Qüvvələri ötən gün ABŞ istehsalı olan HIMARS çoxbarrelli reaktiv yaylım atəş sistemi ilə Luqansk vilayətinin Novoaydar şəhərindəki xəstəxanaya hücum edib.
Açıqlamada, bu hücumda NATO ölkələrinin verdiyi kəşfiyyat məlumatlarından, o cümlədən peyk məlumatlarından istifadə edildiyi ifadə edilərək, “(Bu hücum nəticəsində) 14 nəfər həlak olub. 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”,-deyə bildirib.
Seymur Bənnayev
Sitat.info