Rusiya İranın İsfahan şəhərində hərbi obyektə hücumu pisləyib

17:02 30 Yanvar 2023

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranın İsfahan şəhərində hərbi obyektə hücumu pislədiklərini bildirib.

Sitat.info xəbər verir ki, Zaxarova İranın İsfahan şəhərindəki hərbi obyektə hücumla bağlı açıqlama verib.

Hücumun yanvarın 28-də həyata keçirildiyini xatırladan Zaxarova deyib:

"Biz regionda gərginliyin artmasına səbəb ola biləcək hər hansı təxribatçı hərəkəti qətiyyətlə pisləyirik. Bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Bunu həm cəsarətli hərəkatın təşkilatçılarını zəiflətmək, həm də onların tərəfdarlarını və İranı zəiflətmək üçün boş ümidlər edərək öyünənlər anlamalıdırlar".

İranın dövlət televiziyası ötən gecə İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı müəssisəsində güclü partlayış baş verdiyini açıqlayıb.

Qeyd edək ki, İran Müdafiə Nazirliyi də İsfahandakı hərbi obyektin mikro pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını bildirib.

İran Məclisinin İsfahan müavini Hüseyn Mirzay İsfahan şəhəri üzərində səmada görünən PUA-ların İsrailə aid olduğunu iddia edib.

“Wall Street Journal” qəzeti də İranın müdafiə obyektinə hücumu İsrailin PUA-larla həyata keçirdiyini yazıb.

 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti