Yanvarın 28-də İranda baş verən 5,8 bal gücündə zəlzələdə yaralananların sayı getdikcə artır. Rəsmilər indiyədək 3 nəfərin həyatını itirdiyi zəlzələdə 1167 nəfərin yaralandığını açıqlayıb.
Sitat.info xəbər verir ki, yanvarın 28-də İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş 5,8 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 1167 nəfərə çatıb. Məlumata görə, Qərbi Azərbaycan valisi Məhəmməd Sadik Mutedemiyan zəlzələdə xəsarət alanlarla bağlı son məlumatı paylaşıb.
İran rəsmisi qeyd edib ki, zəlzələdən zərər çəkmiş 70 kənddə evlərə 20-70 faiz aralığında ziyan dəyib.
Seymur Bənnayev
Sitat.info