Fələstin: 2023-cü ilin yanvarı 2015-ci ildən bəri ən qanlı aydır

17:39 30 Yanvar 2023

Fələstin Səhiyyə Nazirliyi yanvar ayının 2015-ci ildən bəri işğal altındakı İordan çayının qərb sahilində "ən qanlı ay" olduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, Nazirlikdən mövzu ilə bağlı yazılı açıqlama verilib.

Açıqlamada, "Bu ay İordan çayının qərb sahilində 2015-ci ildən bəri ən qanlı ay oldu. İsrail əsgərləri və yəhudi köçkünlərin açdığı atəş nəticəsində 8-i uşaq və bir yaşlı qadın olmaqla 35 fələstinli həyatını itirdi. Fələstinlilərin özəlliklə bədənlərinin yuxarı və baş hissələri hədəfə alınıb".

Açıqlamaya görə, Yeni ildən bəri ən çox ölüm hadisəsi bu şəhərdə, cəmi 20 ölümlə Cenində baş verib.

Xatırladaq ki, Yanvarın 26-da İsrail ordusunun İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə basqın etməsi nəticəsində 10 fələstinli həlak olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti