Lavrov Qərbi terror qrupları ilə əməkdaşlıq etməməyə çağırdı

17:58 30 Yanvar 2023

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bütün dünyada terrorla mübarizənin vacibliyini vurğulayıb.

O bu məsələdə ikili standarlara yol verilməməsindən danışıb: "Siyasi məqsədlərə çatmaq üçün terrorla ikili standartlar olmadan və terror qrupları ilə əməkdaşlıq  etmədən mübarizə aparılmalıdır. Bəzi Qərbli həmkarlarımız bu səhvi tez-tez edirlər".  

Sitat.info xəbər verir ki, bu sözləri Sergey Lavrov, Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə  Moskva  görüşündən sonra deyib. 

Pakistanın Xeybər Paxtunxva əyalətində günorta namazı zamanı məsciddə baş verən terror hücumuna toxunan Larvrov, hücumda həyatını itirənlərə başsağlığı verib.

 Lavrov bildirib ki, burada bölgəmizdəki terror təhlükəsinin aradan qaldırılması məqsədi sual altındadır. 

"Təəssüf ki, bu, Əfqanıstan ərazisində indiyədək terror təhlükəsinin aradan qaldırılması istiqamətində hansısa addımlar atılmayıb. Bu istiqamətdə işlər aparılır və  Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) imkanları da mövcuddur. Biz ondan istifadə etməyə razılaşdıq”. 

Lavrov Rusiya Müdafiə Nazirliyinə aid məktəblərdə pakistanlı əsgərlərə təlim keçməyə davam etdiklərini bildirib.

Pakistanın xarici işlər naziri Zərdari Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edib: "Pakistan ciddi enerji böhranı ilə üz-üzədir. Karbohidrogen idxalının yüksək qiyməti ilə bağlı problemlərimiz var. Ümid edirəm ki, Rusiya ilə Pakistan arasında enerji sahəsində məsləhətləşmələrdə irəliləyiş olacaq”.

Zərdari beynəlxalq problemlərin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını vurğulayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti