Sabah həmkarlar ittifaqlarının çağırışı ilə Fransada bir çox sektor işçilərinin tətil edəcəyi və pensiya islahatına qarşı nümayişlər təşkil edəcəyi gözlənilir.
Sitat.info xəbər verir ki, ölkədə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı ictimai nəqliyyat, təhsil, energetika və hava yolları sektorlarının işçiləri tətil edəcək.
Ölkə daxilində ümumilikdə 268 yerdə nümayişlərin keçiriləcəyi gözlənilir.
Daxili işlər naziri Gerald Darmanin, mətbuata verdiyi açıqlamada, pensiya islahatına qarşı sabahkı nümayişlər çərçivəsində, 4 mini Parisdə olmaqla, cəmi 11 min polis və jandarmın yerləşdirildiyini bildirib.
Ölkə daxilində baş verən proseslər nəzərə alınaraq Fransaya səyahət edənlərə də səfərlərin ləğv edilməsi ilə bağlı çağırışlar edilib.
Seymur Bənnayev
Sitat.info