Polşadan NATO bəyanatı: Müdafiəyə ən çox vəsait ayıran ölkə biz ola bilərik

19:15 30 Yanvar 2023

Polşanın baş naziri Mateusz Morawiecki Polşanın bu il ümumi daxili məhsulunun (ÜDM) 4 faizini müdafiəyə ayıracağını bəyan edərək, bunun NATO üzv ölkələri arasında ən yüksək pay ola biləcəyini bildirib.

Sitat.info xəbər verir ki, Polşanın baş naziri Morawiecki və müdafiə naziri Mariusz Blaszczak ölkənin şərqindəki 18-ci mexanikləşdirilmiş diviziyaya baş çəkiblər.

Polşanın hərbi xərclərinə də toxunan Morawiecki, Hökümətlərinin Polşa silahlı qüvvələrinin gücünü artırmağa üstünlük verdiyini və ölkədə daha çox NATO əsgərinin olmasını istədillkərini bildirib.

Ukrayna-Rusiya müharibəsi səbəbiylə Polşa ordusuna sərmayə qoymağa davam edəcəklərini vurğulayan Morawiecki, Ümumi daxili məhsulun (ÜDM) 4 faizini Polşa silahlı qüvvələrinə xərcləyəcəyini açıqlayıb.

Qeyd edək ki, Polşa ötən il bir sıra irimiqyaslı hərbi alışlar edib, o cümlədən ABŞ-dan "Abrams" tankları və "HIMARS" reaktiv yaylım atəşi sistemləri, Cənubi Koreyadan isə "Haubitsa", tank və reaktiv təyyarələr satın alıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti