Rusiya və Belarus əsgərlərinin birgə təlim keçəcəyi mərkəz yaradılacaq

16:39 31 Yanvar 2023

Rusiya prezidenti Vladimir Putin, Belarusla iki ölkənin əsgərləri üçün müştərək təlim mərkəzinin yaradılması istiqamətində işə başlamaq barədə göstəriş verib.

Sitat.info xəbər verir ki, Rusiya Dövlət Hüquq İnformasiya Sisteminin internet portalında Vladimir Putin, hökumətin təklifi ilə Rusiya və Belarus arasında birgə hərbi təlim mərkəzinin yaradılması haqqında qərar imzalayıb

Müvafiq olaraq, Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Rusiya Müdafiə Nazirliyinə Belarus tərəfi ilə iki ölkənin əsgərlərinin təlimi məqsədi ilə mərkəzin yaradılması üçün danışıqlar aparmaq və razılıq əldə etmək tapşırılıb

Belarus tərəfinin layihə üzrə razılığa gəldiyi təlim mərkəzlərindən ikisinin Belarusda, birinin isə Rusiyada yaradılması nəzərdə tutulur

Belarus Müdafiə Nazirliyinin bəyanatına görə, Belarus Silahlı Qüvvələri və Rusiya Silahlı Qüvvələrinin birgə regional güc hərbi birləşmələri bu gündən etibarən birgə qərargah təlimlərinə başlayacaq

Həftə ərzində iki ölkənin hərbi idarələrinin rəsmiləri son illər silahlı münaqişələrdə əldə etdikləri təcrübəyə əsaslanaraq hərbi hissələrin istifadəsinin birgə planlaşdırılması məsələlərini müzakirə edəcəklə

Bundan başqa, bildirilib ki, Belarus Silahlı Qüvvələri və Rusiya Silahlı Qüvvələrinin birgə regional güc aviasiya bölmələrinin birgə taktiki-uçuş təlimi davam edir. Təlim fevralın 1-də başa çatacaq

Rusiya prezidenti Putin və Belarus prezidenti Aleksandr Lukaşenko 2022-ci ilin oktyabrında Rusiya-Belarus İttifaqı dövlətinin sərhədlərində gərginliyin artması zəminində iki ölkənin hərbi birləşmələrindən ibarət birgə regional güc yaradıblar

Belarus Müdafiə Nazirliyi yanvarın 6-da Rusiya-Belarus müştərək regional gücünün müdafiə missiyasına hazır olduğunu açıqlayıb və gələcəkdə birgə regional hərbi birləşmələrin təkmilləşdirilməsi üçün müxtəlif birləşmələr səviyyəsində işlərin davam etdiriləcəyini bəyan edib

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti