Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir. On minlərlə insanın həyatına son qoyan müharibə bütün sürəti ilə davam edərkən, Rusiyadan bomba kimi düşən açıqlama gündəmə gəlib.
Sitat.info xəbər verir ki, Rusiyanın 2014-cü ildə Krımın ilhaqında və Ukraynanın şərqindəki Donbas bölgəsindəki münaqişədə əsas rol oynayan rus komandir İqor Girkin müharibədəki uğursuzluğun səbəbkarını açıqlayıb.
Rusiya silahlı qüvvələrinin ixtiyarında olan şəxsi heyətlə bacara bilməyəcəyini vurğulayan Girkin bildirib ki, bu səbəbdən prezidentimiz xüsusi hərbi əməliyyatları idarə etməkdən tamamilə geri çəkildi və ordusunu pis hazırlayan müdafiə naziri Şoyquya tapşırdı.
Başqa sözlə, Girkin Rusiyanın hərbi səylərini “tam uğursuzluq” kimi xarakterizə edərək, məsuliyyəti müdafiə naziri və komandanlığın üzərinə atıb.
Girkinin sözlərinə Ukraynadan ilk reaksiya Ukraynanın daxili işlər üzrə müşaviri Anton Geraşenkodan gəlib.
Girkinin şərhləri ilə yaradılan videonu paylaşan Geraşenko bu qeydi edib;
“Terrorçu Girkin Rusiya rəhbərliyini və Rusiya ordusunu müharibəyə hazırlaşmadığına görə tənqid edir və Rusiyanın müharibəni uduzmağa məhkum olduğunu proqnozlaşdırır”.
2014-cü ilin iyulunda Amsterdamdan havaya qalxdıqdan sonra Ukraynanın şərqində vurulan və 298 nəfərin ölümü ilə nəticələnən MH17 qəzasındakı roluna görə Hollandiyada ömürlük həbs cəzası ilə mühakimə olunan Girkin uzun müddətdir Rusiyanı tənqid edir və onu Ukraynada strateji məqsədlərinə çatmamaqda günahlandırırdı.
Hollandiya mətbuatının yazdığına görə, avqust ayında Xerson şəhəri yaxınlığında cəbhəyə gedərkən öz təşəbbüsü ilə saxlanılan Girkin yenidən Moskvaya göndərilib.
Seymur Bənnayev
Sitat.info