Eyfel qülləsi tətilə görə bağlandı

17:48 31 Yanvar 2023

Fransada pensiya yaşının 64-ə qaldırılmasını hədəfləyən pensiya islahatına qarşı ümummilli tətil səbəbiylə Eyfel qülləsinin sabaha qədər ziyarətçilərə bağlı olduğu bildirilib.
Sitat.info xəbər verir ki, Eyfel qülləsinin rəsmi Tvitter hesabından verilən açıqlamada qüllənin "milli tətil" səbəbiylə sabaha qədər bağlandığı bildirilib.

Hökumətin pensiya islahatına etiraz etmək üçün təhsil, nəqliyyat, enerji və dövlət sektoru kimi sektor işçiləri tətilə çıxıb, Marsel, Tuluza və Aras kimi şəhərlərdə islahat əleyhinə nümayişlər başlayıb.

Baş nazir Elizabet Borne qeyd edib ki, pensiya yaşının 62 olduğu ölkədə qanuni pensiya yaşı hər il 3 ay artırılaraq, 2030-cu ildə sentyabrın 1-dən başlayaraq mərhələli şəkildə 64-ə çatdırılacaq.

Yanvarın 19-da ölkə daxilində pensiya islahatına qarşı keçirilən nümayişlərə 1 milyondan çox adam qatıldığı halda, 8 aparıcı həmkarlar ittifaqı bu gün xalqı yenidən küçələrə çıxmağa çağırıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti