İsveçin paytaxtı Stokholmda İsrail səfirliyi qarşısında Tövratı yandırmağı planlaşdıran müsəlman etirazçının aksiyadan əl çəkmə qərarında müsəlman icmasının rolu olduğu bildirilib.
Sitat.info xəbər verir ki, tam adı açıqlanmayan etirazçının İsveçdə yaşayan misirli yazıçı olduğu bildirilir. İsveçin “Dagens Nyheter” qəzetinə danışan 34 yaşlı etirazçı aksiyanı ölkənin yəhudi və müsəlman icmalarına tətbiq etdiyi ikili standartlara diqqət çəkmək və bu mövzuda müzakirəyə başlamaq üçün planlaşdırdığını bildirib.
Hərəkətinin İsveç yəhudi azlığına qarşı olmadığını bildirən Həsən adlı etirazçı bildirib ki, İsrail səfirliyinin qarşısında dayanıram, çünki İsrailə fələstinli uşaqları öldürməyi xatırlatmaq istəyirəm. Tövratı yandırmaq planından əl çəkmədiyini deyən nümayişçi, bu kimi təşəbbüslərə davam edəcəyini, bunun onun üçün vacib olduğunu qeyd edib.
Etirazçı onu da əlavə edib ki, planlarını həyata keçirməmək üçün İslam Birliyi nümayəndələri tərəfindən ona xəbərdarlıq edilib. “Onlar bunun İslama zidd olduğunu deyirlər və mən Tövratın bir nüsxəsini İsrail səfirliyinin qarşısında yandırmaqla müsəlmanları təmsil etməzdim”, - deyən fəal, “Heç bir eybi yoxdur, mən özümü təmsil edərdim” deyib.
Seymur Bənnayev
Sitat.info