Pakistanın Hayber-Paxtunxva əyalətindəki Tanda Dam gölündə mədrəsə şagirdlərinin olduğu qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 51-ə çatıb.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin 49-u şagirddir. Müəllim və qayıqçı da dünyasını dəyişib.
Daha əvvəl əksəriyyəti uşaq olmaqla 30 nəfərin öldüyü barədə məlumat verilmişdi.