Ankara Respublika Baş Prokurorluğu, İsveç və Danimarkada Qurani-Kərimə qarşı hörmətsizlik edən Rasmus Paludan haqqında rəsmi istintaqa başlayıb.
Sitat.info xəbər verir ki, Türkiyənin Stokholm və Kopenhagendəki səfirliyi qarşısında İslam Peyğəmbərini təhqir edən, karikatura sərgiləyən, sonra Quranı yandıran Rasmus Paludan və Edwin Wagensveldin quranı tapdalayaraq səhifələrini yırtması ilə bağlı istintaqa başlanılıb.
Qeyd edək ki, Qurani-Kərimə qarşı edilən bu hörmətsizliyi dünya ölkələrinin çoxu pisləyib.