Medvedev işğal olunmuş Ukrayna əraziləri ilə bağlı planlarını açıqladı

20:01 31 Yanvar 2023

Medvedev Rusiya Federasiyasının sosial standartlarını Ukraynaya şamil etməyi təklif edib və Rəsmi Kremlin diqqət etməli olduğu bir neçə ərazinin adını bir anda çəkib.

Sitat.info UNİAN-a istinadən xəbər verir ki, "Vahid Rusiya" partiyasının sədri, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna ilə bağlı yeni planları ilə gündəmə gəlib. O, Rusiya Federasiyasının sosial standartlarının müvəqqəti işğal olunmuş ərazilərə də genişləndirilməsini təklif edib. 

Partiyanın proqram komitəsinin iclası zamanı o qeyd edib ki, sosial proqramları  “LPR” və “DXR”, eləcə də Zaporojye və Xerson vilayətlərinə münasibətdə etmək vacibdir. 

“Ən vacibi odur ki, son onilliklər ərzində Rusiyada yüksəltdiyimiz bütün sosial standartlarımız ölkəmizin bütün yeni vətəndaşlarına tam şəkildə şamil edilməlidir” - deyə Medvedev burada Ukraynadan işğal etdiyi əraziləri nəzərdə tutub. 

Məğrur,

Sitat.info



Xəbər xətti