Avropa Parlamentinin (AP) deputatları Şengen vizası müraciətlərinin rəqəmsallaşdırılması ilə bağlı hesabatı qəbul ediblər.
Sitat.info xəbər verir ki, AP-nin səs verdiyi hesabatda viza müraciətlərini rəqəmsal şəkildə etməklə viza proseslərini sürətləndirmək və təhlükəsizliyi artırmaq məqsədi daşıyır.
Viza müraciətlərinin rəqəmsallaşdırılması üçün tələb olunan hüquqi proses çərçivəsində Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələrindən ibarət Aİ Şurası, Aİ Komissiyası və AP birgə danışıqlar yolu ilə nəticə çıxarmalıdır.
Aİ qurumları razılaşarsa, vizalar artıq pasportlarda çap olunmayacaq, əksinə rəqəmsal sistemə keçəcək.
Viza müraciəti üçün xərclərin və prosedurların azaldılması, müraciətlərin vahid platformada qəbulu, sistemin Aİ-nin sərhəd idarəetmə və verilənlər bazası sistemləri ilə inteqrasiyası, saxtakarlığın qarşısının alınması və rəqəmsal vizalar sayəsində təhlükəsizliyin artırılması nəzərdə tutulur.
Məğrur,
Sitat.info