Tayvanda keçirilən kabinet dəyişikliyi çərçivəsində yeni təyin olunan nazirlər andiçmə mərasimindən sonra vəzifələrinə başlayıblar.
Sitat.info xəbər verir ki, Tayvanda kabinet dəyişikliyi çərçivəsində yeni hökumət formalaşdırılıb.
Prezident sarayında Tayvan lideri Tsai İnq-venin iştirakı ilə keçirilən mərasimdə yeni təyin olunan nazirlər and içib. Tayvanın baş naziri Su Tsenq-çanqı əvvəllər vitse-prezident və səhiyyə naziri vəzifələrində çalışmış Çen Çien-jen əvəzləyib. Tayvanın ən görkəmli siyasətçiləri arasında olan və 2014-2022-ci illərdə Taoyuan şəhərinin meri vəzifəsində çalışmış Cheng Wen-tsan baş nazirin müavini, keçmiş Keelung meri Lin Yu-çanq isə daxili işlər naziri vəzifəsinə gətiriliblər. Daxili işlər nazirinin müavini Çen Tsunq-yen kabinetin yeni sözçüsü, Kaohsiung merinin keçmiş müavini Shih Che isə mədəniyyət naziri vəzifəsini icra edəcək.
Tayvanın xarici işlər naziri Cozef Vunun vəzifəsini davam etdirməsi qərara alınarkən, Nazirlər Kabinetinin baş katibi Li Menq-yen, mülki və ətraf mühit mühəndisi, Nazirlər Kabinetinin baş katibinin müavini Ho Pei-şan, ticarət naziri, Con Denq, Milli İnkişaf Şurasının naziri, Kung Ming-hsin və Elm və Texnologiya Şurasının sədri Wu Tsung-Tsong da öz vəzifəsində qalacaqlar.
Seymur Bənnayev
Sitat.info