Tələbələr və təqaüdçülər üçün ayrıca gedişhaqqı kartları olmalıdır - TƏKLİF

20:23 31 Yanvar 2023

"Birdən-birə 33 faiz qiymət artımı oldu. Rəqəmsal ifadədə bəlkə də 10 qəpik artması ilk baxışdan o qədər də ciddi görünmür. Amma faiz nisbətində 33 faiz bu çox ciddi artımdır. İstər- istəməz də bu qiymət artımı gün ərzində ictimai nəqliyyatdan bir neçə dəfə istifadə edən vətəndaşların güzəranına təsir göstərəcək".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, ikincisi  bizdə problem ondan ibarətdir ki, nəqliyyatda gedişhaqqı differensial deyil: "Biz illəldir ki, bunu hökümətə təkliflər şəklində təqdim etmişik. Bizdə nəqliyyatda gedişhaqqı birdəfəlik gedişhaqqı kimi alqılanır. Bu yalnışdır. Həftəlik, aylıq, illik gediş kartları olmalıdır. Hər dəfə də müddət artanda bu ucuz başa gəlməlidir. Və yaxud tələbələr və təqaüdçülər üçün ayrıca gedişhaqqı kartları olmalıdır. Günlük və ya aylıq bahalaşa bilər. Problem başqadır, alternativlər təklif olunmur.  Məsələn, mən bir aylıq gediş haqqı almaq istəyirəmsə, bu zaman mənə gediş haqqı 25 qəpik olmalıdır. Altı aylıq almaq istəyirəmsə, 20 qəpik olmalıdır, bir illik almaq istəyirəmsə, 15 qəpik olmalıdır. Dünyanın hər yerində belədir".

Məğrur, 

Sitat.info 



Xəbər xətti