Rusiya Ukrayna vasitəsilə Avropaya qaz axınını 20 faiz artırıb

14:35 1 Fevral 2023

Rusiyanın enerji nəhəngi “Qazprom” bu gün Ukrayna üzərindən Avropaya qaz axınını 20 faiz artıraraq 29,4 milyon kubmetrə çatdırıb.

Sitat.info xəbər verir ki, Rusiya bu gün Ukrayna üzərindən Avropaya qaz axınını dünənlə müqayisədə 20 faiz artırıb.

Sohranivka paylama məntəqəsindən edilməsi planlaşdırılan qazın daşınması tələbinin Ukrayna tərəfindən rədd edildiyi və paylamanın Sudja məntəqəsindən davam etdiriləcəyi bildirilib.

Bildirilib ki, Sudjadan Avropaya ötən gün 24,2 milyon kubmetr olan daşımaların həcmi bu gün 29,4-ə yüksəlib.

"Bu gün Ukraynanın təbii qaz nəqli sisteminin operatoru olan OGTSU 29,4 milyon kubmetrlik transfer tələbini qəbul edib", - Rusiyanın "Qazprom" enerji şirkətinin sözçüsü Sergey Kupriyanov açıqlamasında bildirib.

Digər tərəfdən, “Qazprom” Yamal-Avropa kəməri və “Şimal axını” boru kəmərləri ilə Avropaya qaz axınını dayandırmışdı. Enerji nəhənginin daşınması yalnız Ukrayna üzərindən davam edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti