Ukraynada müharibə tam sürətlə davam edərkən, müharibənin nəticələrindən ən çox təsirlənən ölkələrdən biri olan Almaniya etiraf kimi açıqlama verdi.
Sitat.info xəbər verir ki, Avropada müharibə 11 aydır qanlı şəkildə davam edərkən, Qərb Rusiyanı sanksiyalarla uyğunlaşdırmağa çalışır.
Son olaraq, Ukraynaya tank göndərməyə qərar verən Almaniyada gündəm müdafiə naziri Pistoriusun sözləridir.
Ölkənin yeni müdafiə naziri Pistoriusun hərbi xidmətin ləğvini yanlış addım adlandırmasından və hərbi xidmətə çağırışın bərpa oluna biləcəyini açıqlamasından sonra yeni müzakirələr başlayıb.
Süddeutsche Zeitung-a danışan Pistorius bildirib;
“Bir mülki şəxs, bir vətəndaş, bir siyasətçi kimi məndən soruşsanız, hərbi xidmətə çağırışın dayandırılması səhv idi. Hökumətin kiçik partnyoru FDP açıq şəkildə məcburi hərbi xidmətin əleyhinədir. Federal Maliyyə Naziri və FDP sədri Kristian Lindner isə FDP üçün məcburi hərbi xidmətin müzakirə mövzusu olmadığını və bunun uydurma bir müzakirə olduğunu bildiriblər.
Bütün səylərin Almaniya Ordusunun yüksək peşəkar bir ordu kimi güclənməsinə yönəldilməli olduğunu deyən Lindner iqtisadiyyatda ixtisaslı işçi probleminə diqqət çəkib.
Məcburi hərbi xidmət zamanı bütöv bir qrupun təhsildən uzaqlaşdırılacağını və ixtisaslı işçi çatışmazlığını nəzərə alsaq, bunun bütün iqtisadi sektorlara “böyük ziyan” verəcəyini bildirən Lindner, gənc nəslin epidemiyada çox şey itirdiyini və yeni bir məcburi xidmətlə bağlı heç bir spekulyasiya edilməməsi lazım olduğunu söylədi.
Bundestaqın Müdafiə Komissiyasının sədri, Marie-Agnes Strack-Zimmermann (FDP) Süddeutsche Zeitung qəzetinə deyib ki, əgər məcburi hərbi xidmət bərpa olunarsa, bunun ciddi iqtisadi və sosial nəticələri olacaq.
İxtisaslı kadr çatışmazlığının qərarların qəbulunda mühüm rol oynayacağını bildirən Zimmermann bildirib ki, prinsipcə, məcburi xidmətin dayandırılması yalnız sülh dövründə keçərlidir. Gərginlik və ya müdafiə zamanı yenidən işə salına bilər.
Seymur Bənnayev
Sitat.info