Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın silahlara nəzarət üçün qanuni və müqavilə çərçivələrini məhv etdiyini bildirib: "Biz görürük ki, bütün hərbi infrastruktur, o cümlədən NATO peykləri Ukraynanın maraqları üçün Rusiyaya qarşı işləyir. Bunlar bizim üçün laqeyd qala bilməyəcəyimiz düşmənçilik mühiti yaradır”.
Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada jurnalistlərə deyib ki, qitələrarası nüvə ballistik raket imkanlarını cilovlamağı hədəfləyən Rusiya və ABŞ arasında yeni Strateji Silahların Azaldılması Müqaviləsi (START) vacibdir.
Rusiyanın razılaşmanın davam etdirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayan Peskov bildirib ki, əslində, bu, qüvvədə qalan yeganə müqavilədir, çünki ABŞ təhlükəsizlik və silahlara nəzarət üçün olan bütün qərarları ləğv edib.
Peskov, Ukraynaya yeni uzaqmənzilli raketlərin göndərilməsinin mümkünlüyünü də qiymətləndirib: “Bu, gərginliyi artırmaq üçün bir üsuldur və əlavə səylərimizi tələb edəcək. Lakin bu, hadisələrin gedişatını dəyişməyəcək və xüsusi hərbi əməliyyat davam edəcək”. ifadəsini işlətdi.
Seymur Bənnayev
Sitat.info