İsrail Ukraynaya hərbi yardım göndərəcək

16:15 1 Fevral 2023

İsrailin baş naziri Benyamin Netanyahu Ukraynaya hərbi yardımı nəzərdən keçirdiklərini və "İranın silah istehsalına qarşı hərəkətə keçdiklərini" bildirib.

Sitat.info xəbər verir ki, Amerikanın CNN telekanalına verdiyi müsahibədə Netanyahudan Ukraynaya İsrail istehsalı olan “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini verməsi istənilib. Netanyahu bu məsələni nəzərdən keçirəcəyini bildirib.

Həftə sonu İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin silah-sursat istehsalı müəssisəsinə edilən hücumun arxasında İsrailin olması ilə bağlı iddiaları nə təsdiq, nə də təkzib edən Netanyahu bildirib: "Mən konkret əməliyyatdan danışmıram. Hər dəfə partlayış olur. Yaxın Şərqdə İsrail günahlandırılır ya da işarə edilir. Bunu bəzən edirik, bəzən etmirik".

İsrailin baş naziri Ukrayna müharibəsində İranın Rusiyaya silah göndərməsinə işarə edərək deyib: "O, baş nazir kimi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlindən gələn hər şeyi edəcək”.

Ukrayna müharibəsinin əvvəlində ona bu barədə vasitəçilik təklifi edildiyini, lakin o zaman müxalifətdə olduğu üçün bu rolu qəbul etmədiyini qeyd edən Netanyahu, o zamankı baş nazir Naftali Bennetin buna cəhd etdiyini, lakin uğursuz olduğunu bildirib.

Vasitəçilik tələbinin kimdən gəldiyini soruşduqda isə Netanyahu bildirib ki, təklif ona “qeyri-rəsmi kanallar vasitəsilə” çatdırılıb və bütün tərəflər və xüsusilə də ABŞ istəsə, bu vəzifəni öhdəsinə götürə bilər.

 Seymur Bənnayev

Sitat.info



Xəbər xətti