Britaniyada ictimai işçilər də daxil olmaqla yarım milyon insan iş şəraitinin yaxşılaşdırılması üçün tətilə çıxıb.
Sitat.info xəbər verir ki, Böyük Britaniya 2011-ci ildən bəri ən böyük tətil dalğasını yaşayır.
Tətilə müəllimlər, ictimai işçilər, universitet və dəmiryol işçiləri də qoşulub.
Yüz minlərlə işçi maaşlarının inflyasiyadan yuxarı qalxmasını istəyir.
Baş verən proseslərin təsirindən yanğınsöndürənlər də tətil etmək qərarına gəliblər.
Əgər razılaşma əldə olunmasa, yanğınsöndürənlər 20 ildə ilk dəfə tətil edəcəklər.
Seymur Bənnayev
Sitat.info