Şimali İraq Kürd Regional Rəhbərliyi (ŞİKRR) Türkiyənin bölgədəki hərbi bazasına raket zərbəsi endirdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Associated Press (AP) İranın dəstəklədiyi silahlı milislərin hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.
AP-yə danışan Türkiyə Müdafiə Nazirliyinin rəsmiləri raket hücumu nəticəsində ölən, yaralanan və dağıntı olmadığını bildiriblər.
ŞİKRR, Şimali İraqın Ninova bölgəsində Türkiyənin Zilkan hərbi bazasına ən azı 8 raket hücumu həyata keçirildiyini, onlardan ikisinin bazaya düşdüyünü bildirib.
Seymur Bənnayev
Sitat.info