Özbəkistan Əfqanıstana dəmir yolu nəqliyyatını müvəqqəti dayandırıb.
Sitat.info xəbər verir ki, Özbəkistan Dövlət Dəmir Yolları QSC-dən verilən açıqlamada, Əfqanıstan tərəfinin texniki baxım işləri ilə bağlı öhdəliklərini vaxtında yerinə yetirməməsi səbəbindən fevralın 1-dən etibarən bu ölkəyə dəmir yolu daşımalarının müvəqqəti olaraq dayandırıldığı qeyd edilib.
Açıqlamada xatırladılıb ki, tərəflər əvvəllər dəmir yolunda 2023-cü il fevralın 1-dək texniki xidmət işlərinin aparılması barədə razılığa gəliblər.
Seymur Bənnayev
Sitat.info