"Bu hadisə İranın bizim dövlətimizə münasibətinin göstərici idi" - Tural Abbaslı

18:28 1 Fevral 2023

"Bəzi ağzıgöyçəklər də İranın dili ilə danışırlar ki, həmin terrorçunun arvadını Azərbaycan saxlayıb və ölkəsinə gedə bilmir. Əgər həqiqətən də belədirsə, o zaman buna görə avtomat götürüb adam oldürürlər? Bu kütbeyinlər başa düşmürlər ki, xüsusi əməliyyat məhz bu şəkildə hazırlanır. Öncədən ssenari yazılır, plan qurulur, hadisənin motivi düşünülür. SEPAH-ın tərkibində yüzminlərlə insan var ki, onların hansını seçirlərsə, tərcümeyi-halına da diqqət edirlər". 

Sitat.info xəbər verir ki, bu sözləri Ağ Partiya sədri Tural Abbaslı Müsavat TV-nin efirində deyib. 

O vurğulayıb ki, 50 nəfər İran vətəndaşı göstərmək olar ki, burada zamanında biznesi olub, vergidən yayınıb, başına nəsə gəlib və qərəzi var: "Biz nə bilirik ki, onlar hansısa təşkilatın üzvü deyillər və sabah onlardan istifadə olunmayacaq. Bu istənilən halda bizim dövlətə qarşı terror hərəkətidir və İranın bizim dövlətə münasibətinin göstəricisi idi Azərbaycan buna cavab verməli idi və verdi də". 

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti