"Kimsə dövlət qulluqçusudur, deputatdır, şirkət sahibidir, 5-10 min maaş alır. Bunu əsas götürərək, toplanıb bölünür, orta aylıq əmək haqqı götürülür. Biz maaş və pensiyaları artırmışıq. Böyük ehtimalla bu artım süpürgəçilərə aid deyil. Metro və marşrutların qiymətində isə 33 faiz artım oldu. Yanaşma doğru deyil".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
O bildirib ki, vətəndaşlar 4 kateqoriyaya bölünməlidir:
"İnsanlar kateqoriyalara bölünməlidirlər. Süpürgəçilər və onlara yaxın olanlar, müəllimlər və onlara yaxın olanlar, sürücülər və onlara yaxın olanlar, dövlət qulluqçuları və ona yaxın olanlar... Bu 4 kateqoriyalara uyğun ayrı-ayrılıqda orta aylıq əmək haqqı çıxarılmalıdır".
A.Nağının fikrincə, qiymət artımı məqamı gələndə süpürgəçilərin və onlara yaxın olanların orta aylıq əmək haqqı əsas götürülüb, ona uyğun hesablanmalıdır: "Yəni, bu adamın dolanışığı olacaq, ya yox. Çünki, geniş kütlə bu şəxslərdir. Süpürgəçi və ona yaxın olan kateqoriyaların vəziyyəti əsas götürülməlidir ki, qiymət artımı onlara necə təsir edəcək".
Məğrur,
Sitat.info