"Bu torpağın çörəyini yeyib, ona qarşı mübarizə aparmaq olmaz" - Qabil Hüseynli

18:32 2 Fevral 2023

"Ən adi hesablamalara görə İran ölkəmizə 3500 casus sızdırıb. Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları onların şəbəkələrini açıb-töksə də, axıra qədər gedə bilməyib. 5-6 ay əvvəl onların 100-dən çox üzvünü həbs etdilər. İndi məlum olur ki, bu həbs prosesindən qorxan 700-dən çox casus həyat yoldaşlarını da qoyub İrana qaçıblar. Onlardan 2 min nəfərə yaxını qalıb".

Bu sözləri politoloq Qabil Hüseynli Sitat.info-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, müəyyən ayılma prosesi gedir, onlara qarşı mübarizə aparılır: "Mən bu mübarizənin amansız olmasının tərəfdarıyam, o zehniyyətin kökü kəsilməlidir. Vətəndaşlar da fəal olmalıdır. Burada onlara rahat şərait olmamalıdır. Bu torpağın çörəyini yeyib xalqına qarşı mübarizə aparmaq olmaz". 

Q.Hüseynli vurğuladı ki, bu zehniyyətin gəldiyi məmləkətin özü süqut qarşısındadır: "Əminliklə deyə bilərəm ki, İran deyilən ərazidə vəziyyət dəyişəcək. Yeni bir demokratik dövlət qurulacaq. Mollakratiya tarixdən silinəcək". 

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti