Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkiləri artıq qlobal bir prosesə çevrilib və seçkilərin nəticələrinin Cənubi Qafqaza təsirsiz ötüşməyəcəyi deyilir. Seçkidə Ərdoğanın qalib gəlməsinin Azərbaycanın maraqlarına uyğun olduğu. onun rəqiblərinin isə Azərbaycana qarşı münasibətinin adekvat olmadığı da müzakirə olunan məsələlərdəndir. Bəs Türkiyə-Azərbaycan münasibətləri bu seçkilərin nəticələrindən nə dərəcədə asılıdır?
Bu barədə SİTAT.İNFO-ya açıqlama verən siyasi şərhçi Əziz Əlibəylinin sözlərinə görə, "Altılı masa"nın Azərbaycan qovluğu tərəddüdlər yaradır: "Son 1 həftə əvvəl açıqlanan planda göstərilirdi ki, Türkiyədə müxalifət Azərbaycanlə münasibətləri kifayət qədər üst səviyyədə tutulacaq və dəyişən məsələlər olmayacaq. Paralel şəkildə isə Ermənistanla münasibətlərin yaxşılaşmasına dair tezislər var. "Altılı masa"da kimlər təmsil olunur? Bu askpektdən baxanda Davudoğlu və Babacan Azərbaycanla bağlı məsələlərdə son illər daha çox qeyri-adekvat hallar var. Ali Babacanın XİN rəhbəri olduğu dövrdə İrəvana səfəri, ermənilərin Ankaraya səfəri, Azərbaycan bayraqlarının Ermənistanla dostluq futbol görüşündə zibil qutularına atılması və sair problem olduğunu göstərir.
Əziz Əlibəyli bu seçkilərin Azərbaycan - Türkiyə münasibətlərinə təsiri baxımından bir neçə məsələyə aydınlıq gətirib: "CHP üzərindən məsələyə baxsaq CHP-nin Azərbaycana yaxın mövqedə olmasını iddia etmək çox çətindir. Bu partiyanın Atatürk ideyalarından və sol millətçilik ideologiyasından olduqca uzağa getməsi, alt qatda PKK sempatizanlarının əyləşməsi və ən azından müharibə dövründə Azərbaycanda səfir olmuş Ahmet Nalçevikin Azərbaycan müharibəsini ləkələməyə çalışması, ordunun tərbində muzdlular döyüşdü kimi çirkab atması müsbət rəy doğurmur. CHP xətti barədə pozitiv düşüncədə deyiləm".
İYİ partiyaya gəlincə, siyasi şərhçi vurğuladı ki, bu partiyanın bir qədər mərkəzçi və millətçi sağlardan formalaşmış bir yapısı var: "Bu partiyanın Azərbaycana yönəlik mövqeyinin yaxşı olduğunu demək olar. Ancaq əminliyim yüksək səviyyədə deyil. Çünki İYİ partiya Altılı masada Deva Partiyası ilə, Gələcək Partiyası ilə bir yerdə olması da qəribə və kuryoz hadisədir. Bu tərəddüdlər Ərdoğanın hakimiyyətini itirəcəyi təqdirdə Azərbaycanı gözləyə biləcək təhlükələr sırasındadır".
Sevinc Cavadzadə,
Sitat.info