Uçot dərəcəsindəki dəyişikliklər kredit faizlərinə xüsusi təsir göstərməyəcək - Vüqar Bayramov

16:05 3 Fevral 2023

Mərkəzi Bank uçot dərəcəsini yenidən artırıb. Uçot dərəcəsinin artması Azərbaycanda inflyasiya əleyhinə real təsir mexanizmidirmi? Yoxsa bu, qiymətlərin bir qədər də bahalaşmasına gətirib çıxaran amil rolunu oynayacaq?

Sitat.info-nun suallarını cavablandıran deputat, iqdisadçı  alim Vüqar Bayramov bildirib ki, ümumiyyətlə Mərkəzi Bankın uçot dərəcələrini daha çox inflyasiya səviyyəsində dəyişirlər: "O cümlədən, təbii ki, makroiqtisadi göstəricilərə uyğunlaşdırırlar". 

İqdisadçı qeyd edib ki,  bütövlükdə 2023-cü ildə inflyasiya səviyyəsinin azalacağı proqnozlaşdırılır:  "Mərkəzi Bankın 2023-cü il üçün ilkin gözləntisi 6.9% idi, hazırda isə inflyasiya səviyyəsinin 8% olacağı proqnozlaşdırılır. Həmçinin, bu rəqəm, xüsusən də 2022-ci il ilə müqayisədə kifayət aşağı səviyyəli inflyasiyadır. Çünki 2022-ci ildə 15% inflyasiya qeydə alınmışdı. Ona görə də, uçot dərəcəsindəki azalmalar daha çox makroiqtisadi stabilliyə uyğun olaraq qəbul edilir. Bizim gözləntilərimiz ondan ibarətdir ki, uçot dərəcəsindəki dəyişikliklər kredit faizlərinə xüsusi təsir göstərməyəcək. Çünki, aparıcı bankların depozitlər üzrə faizləri aşağıdır". 

Vüqar Bayramov bildirib ki, biz uçot dərəcəsindəki dəyişiklikləri daha çox antiinflyasiya aləti olaraq dəyərləndiririk. Hələlik bu dərəcələrdəki dəyişikliklər kredit bazarına xüsusi təsir göstərməyəcək.

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti