I Qarabağ müharibəsi qazisi Bəxtiyar Gülbalayev Sitat.info-ya üz tutaraq ƏMək və Əhalinin Sosial Müdafiəsi NAzirliyi tərəfindən bir neçə ay öncə təyin edilən ömürlük Qarabağ əlili pensiyasının dayandırıldığını deyib.
Qazi bildirib ki, bununla həm II qrup əlil pensiyasından, həm Prezident təqaüdündən , həm də illik aldığı müalicələrdən məhrum olub. Əlil apabasında olan və səhhəti getdikcə ağırlaşan qazi əlilliyinin ləğv edilməsinə etiraz edib.
Qeyd edək ki, Sitat.info olaraq Bəxtiyar Gülbalayevlə bağlı ƏƏSMN-ə müraciət etdik və gələn rəsmi cavabı sizə təqdim edirik.
"Gülbalayev Bəxtiyar Sabir Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yenidən əyani müayinə edilib.
Səhiyyə Nazirliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərinin birgə əyani müayinəsi zamanı müəyyən edilib ki, vətəndaşın hazırki sağlamlıq vəziyyəti əlillik səviyyəsində deyil.
Nəticədə “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam Reabilitasiya olunması barədə qərar qəbul edilib".
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.