Zirəddin Rzayev Türkiyədə baş verən zəlzələ haqqında aylar öncə nələr deyibmiş: ŞOK AÇIQLAMA - VİDEO

17:48 6 Fevral 2023

"Mən bu barədə proqnoz vermişdim. Düzdür çox adam deyir ki, mən bunu demişdim. Ancaq gərək sübutu olsun. Mən demişdim ki, bu il Orta Asiya qitələrində və Avropa qitələrində böyük təbii fəlakətlər, zəlzələlər gözlənilir. Orta Asiya həm də Türkiyəyə aiddir".

Bu sözləri Sitat.info-ya açıqlamasında tanınmış ekstrasesn Zirəddin Rzayev deyib. 

O bildirib ki, həmin açıqlamasında mənzərəni dəqiqliklə təsvir edib: " Orada bir ifadə işlətmişdim, indiki mənzərəni çox dəqiqliklə təsvir etmişdim. Demişdim ki, o qədər böyük zəlzələlər, fəlakətlər olacaq ki, Ukrayna müharibəsi yaddan çıxacaq. Onu o qədər dəqiq təsvir etmişdim ki... Bu gün Rusiyanın müdafiə naziri Türkiyəyə yardım təklifini irəli sürüb. Görün necə ağır hadisədir ki, Rusiyanın müdafiə naziri Türkiyəyə yardım etmək qərarına gəlib". 

Zirəddin Rzayevin sitat.info-ya eksklusiv açıqlamasının videosunu təqdim edirik:

Məğrur,

Sitat.info

 



Xəbər xətti