Qərbin "Türkiyəyə getməyin" xəbərdarlığı fonunda süni zəlzələ iddiaları - Niyə səfirliklər təcili bağlandı?

13:09 7 Fevral 2023

" Hər dəfə zəlzələlər baş verəndə şübhələr də çoxalır, ehtimallar ortaya çıxır ki, bu hadisənin arxasında insan amili var, teknotik silahlar işə salıb və sair. Sözsüz ki, bu dəfə də eyni fərziyələr eşidiləcək, xüsusilə də son həftələr Qərb ölkələrindən səslənmiş “Türkiyəyə getməyin”-xəbərdarlıqlarının fonunda...Həm də Türkiyənin daşının necə ağır olduğu və dünyanın bir çox ölkələrinin, mərkəzlərinin başına düşdüyünü bilirik. Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən düşürmək, Türkiyəni məğlub duruma salmaq, əlaltısına çevirmək üçün nə qədər xain planlara əl atdılar: fetoçular, Türkiyəni “ürəyindən vurmaqla”- İstanbulda terror törətməklə onu sarsıtmağa çalışanlar...Diqqət edin, dünyanın o başından yapon türkə yardıma tələsir, Türkiyənin üzv olduğu Alyans hələ yardım etmək haqda fikirləşir... Bu, necə müttəfiqlik?!".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib. 

Onun sözlərinə görə, qardaş ölkənin turizmə nə qədər böyük önəm verdiyini hər kəs bilir: "Təkcə 2022-ci ildə Türkiyə qəbul etdiyi 50 milyondan artıq turistin məmnunluğu hesabına 70 milyarda dollara yaxın gəlir əldə edib! Nəhəng rəqəmdir. Türkiyəni çökdürmək istəyənlərin gözünə girən rəqəm həm də! Amma qardaş ölkə bununla kifayətlənmək niyyətində deyil. Hətta 2028-ci ildə 90 milyon, yəni Türkiyə əhalisi qədər turisti qəbul etməyi hədəfləyib!"

Siyasi şərhçi konsulluqların İstanbulu tərk etməsini şübhəli adlandırıb: "Yanvarın 30-da belə bir xəbər oxuduq ki, ABŞ-ın Türkiyədəki səfirliyi Avropada Quranın yandırılması ilə bağlı insidentlər fonunda İstanbulun mərkəzində terror aktlarının baş verə biləcəyi ilə bağlı amerikalılara xəbərdarlıq edib.  "ABŞ hökuməti öz vətəndaşlarını İstanbulda kilsələrə, sinaqoqlara, diplomatik missiyalara və ya Qərb ölkələrinin vətəndaşlarının tez-tez ziyarət etdiyi digər yerlərə qarşı mümkün terror hücumları barədə xəbərdar edir”,- səfirlik bildirmişdi. Yanvarın 27-də isə ABŞ-ın Türkiyədəki səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edərək, Avropada Quran yandırma hadisələrindən sonra terror aktları ehtimalının artdığını bəyan etmişdi. Hətta ABŞ səfirinin Avropa ölkələrinin diplomatlarına da səfirlik və konsulluqları bağlamaqla bağlı çağırış etdiyi xəbərləri var. Xatırlayırıq, qısa müddətdə azı 9 səfirlik bağlandı.

Necə olur, Quran Avropada yandırılır, amma dünyanın “ən məlumatlı ölkəsi” olan ABŞ Türkiyədən ehtiyatlanır, qapıları qıfıllamağa çağırır? Məntiqlə xəbərdarlıq İsveç, yaxud Hollandiyada, ya da Danimarka ilə bağlı olmalı idi. Türkiyə Allahı, Quranı müdafiə edən ölkədir, müqəddəs kitabı yandıran yox! Bunun qarşılığında niyə qəzəbə tuş gəlsin ki? Deməli, hansısa məkrli niyyət olmamış deyil…".

Səid,

Sitat.info



Xəbər xətti