Qardaş ölkədə baş verən Türkiyəyə ilk köməyə gələnlərdən biri də gərgin siyasi münasibətlər yaşadığı Yunanıstan oldu.Yunan xilasedicilərin dağıntılardan sağ çıxarılan türklərə görə sevinib qucaqlaşaraq göz yaşı tökməsi mediada öz əksini tapıb. Bəs bütün bunlardan sonra Türkiyə-Yunanıstan münasibətlərində gərginlik azalacaqmı?
Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, 1999-cu ildə Türkiyədə zəlzələ baş verəndə Yunanıstan öz xilasedicilərini Türkiyəyə göndərdi: " Bir müddət sonra Yunanıstanda zəlzələ baş verdi, Türkiyə dəstəyini əsirgəmədi. Buna qədər iki ölkə arasında gərgin olan münasibətlərdə yumşalma müşahidə olundu. Doğrudur bu uzun çəkmədi. İndi də Yunanıstan və Fransa öz xilasedicilərini Türkiyəyə göndəriblər, liderlərin telefon zəngləri olub. Zəlzələ siyasi qarşıdurmaları müvəqqəti olaraq arxa plana keçirib, insanları xilas etmək hamının əsas amalına çevrilib".
Politoloq vurğuladı ki, yardımlaşma və humanitar dəstəyin siyasi münasibətlərdəki gərginliyi aradan qaldırması arzuolunandır: " Ancaq bunun üçün Afina və Paris siyasi müstəvidə Türkiyə əleyhinə siyasətlərini korrektə etməlidirlər. Belə olarsa Ankaranın cavabı özünü gecikdirməyəcək".
Nərgiz,
Sitat.info