Türkiyədə zəlzələdən əziyyət çəkənlərin kirayə pulu ödəniləcək

16:30 10 Fevral 2023

Türkiyədə zəlzələdən zərər görən şəxslərin kirayə haqqı ödəniləcək.

“Sitat.info” xəbər verir ki, bu barədə   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda səfərdə olduğu Adıyamanda çıxış edərkən açıqlayıb.

 O bildirib ki, zəlzələdən əziyyət çəkən vətəndaşların hər birinə 10 min lirə ödəyəcəyik.

"Çadırlarda qalmaq istəməyən vətəndaşların 1 illik kirayə pulları ödəniləcək. Bir il müddətinə o evləri də tikmiş olacağıq” -deyə Ərdoğan bildirib.  

Nərgiz,

Sitat.info



Xəbər xətti