Kiyevdə çörək zavodu atəşə tutulub, ölənlər var

20:05 7 Mart 2022

Rusiya hərbçiləri Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında çörək zavodunu atəşə tutub.

UNİAN  xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Makarov qəsəbəsində yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə aviazərbələr endirilib.

Aviazərbələr nəticəsində 13 ukraynalı dünyasını dəyişib.

Hava hücumu zamanı zavodda 30 nəfər olub.



Xəbər xətti