Ukrayna mətbuatı tərkibində məşhur müğənni Sofiya Rotarunun oğlu və nəvəsinin də olduğu 9 nəfərlik bir qrupun saxlanılması barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, onlar Ukrayna-Moldova sərhəddində tutulublar. "Qrup Mogilyov-Podolski şəhəri yaxınlığında Ukraynanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiklərinə görə saxlanılıblar".
Saxlanılanlar arasında çağırış yaşında olan səkkiz ukraynalı və "bələdçi" adlandırılan Moldova vətəndaşı olub. Moldovaya keçməyə cəhd edənlər arasında Ruslan Evdokimenko və məşhur müğənni Sofiya Rotarunun oğlu ilə nəvəsi Anatoli Evdokimenko da olub. yayılan fotodan onları tanımaq olar, - nəşr hər iki şəxsin Ukrayna pasportunun fotolarını da təqdim edib.
Qeyd edək ki, Ukraynada müharibə başladığı üçün çağırışçı yaşında olan kişilərin ölkəni tərk etməsinə qadağa qoyulub.