"Ruben Vardanyanın ardınca erməni separatçılarının “xarici işlər naziri” Sergey Kazaryanı da Moskvaya çağırıbmışlar. Kazaryan 12-16 fevral tarixləri arasında Moskvada olub. Erməni separatçının hansı məqsədlə Moskvaya çağrıldığı, kimlərlə görüşdüyü və nələri müzakirə etdiyi barədə məlumat yoxdur".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, yolun “blokadada” olduğunu iddia etdikləri halda Rusiyanın nəqliyyat vasitələrində burdan ora, ordan bura şütüyürlər: "Rusiya nəqliyyat vasitələri erməni separatçıları üçün taksi funksiyasını həyata keçirir. Kefdədirlər. Benzinə pul vermək lazım deyil, rusiyalı hərbçilər onların bütün problemlərini həll edirlər".
Məğrur,
Sitat.info