"SƏDƏRƏK" firması Adıyamana daha bir “TIR” yardım göndərdi -  VİDEO

19:04 20 Fevral 2023

"SƏDƏRƏK" firmasından qardaş Türkiyənin episentri Kahramanmaraş olmaqla 7,7 bal gücündə ardıcıl baş verən dəhşətli zəlzələlərdən zərər çəkmiş  bölgələrinə yardımlar davam etdirilir.
Yardımlar firmanın səlahiyyətli nümayəndəsi İlkin Qədimbəylinin başçılığı ilə mənzil başına çatdırılaraq, aidiyyatı qurumlara təhvil verilir. Öncədən də xəbər verdiyimiz kimi, Hacı Ənvər Qədimbəylinin rəhbərliyi ilə fevralın 10-da Sədərək TM-də qərargah yaradılıb.
Bu barədə Sitat.info-ya İlkin Qədimbəyli məlumat verib.

O bildirib ki, Türkiyəyə çarpayılar, uşaq, qadın və kişilər üçün isti paltarlar, ayaqqabılar toplanaraq göndərilib. Artıq qardaş ölkəyə 3 TIR geyim malları hadisənin ilk günlərində göndərilib. Daha bir tır da bu günlərdə göndərilib.
Qeyd edək ki, təbii fəlakətin ilk günündən Sədərək Ticarət Mərkəzi rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqə yaradıb və bütün bu yardımlar səfirliklə koordinasiyalı şəkildə, onların təqdim etdiyi ehtiyac siyahısına uyğun olaraq hazırlanır.
 İlkin Qədimbəyli Adıyamandan Sitat.info üçün eksluziv video da çəkib.

Həmin videoları təqdim edirik.



Xəbər xətti